Azərbaycanda daha bir benzin markası bahalaşdı

Azərbaycanda daha bir benzin markası bahalaşdı

13-07-2022 12:34 / Bu xəbər 844 dəfə oxundu

Azərbaycanda "Aİ-98” super markalı benzinin də qiyməti qaldırılıb. 

Bu barədə iyulun 13-də SOCAR-dan məlumat verilib. 

Şirkətin xəbərində bildirilir ki, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə "Aİ-95" premium markalı benzinin satışı 2,00 AZN-dən, "Aİ-98” markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb.

"Hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i "Aİ-95” premium və "Aİ-98” super markalı benzinin payına düşür.

Ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir", - deyə məlumatda qeyd olunub.