Azərbaycanda xidmət edən türk hərbiçilərinin sayı bilindi

Azərbaycanda xidmət edən türk hərbiçilərinin sayı bilindi

22-12-2020 18:00 / Bu xəbər 601 dəfə oxundu

"Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ilə bağlı saziş imzalanıb. Hazırda Mərkəzin inşası davam edir”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NTV telekanalına müsahibəsində deyib.

Azərbaycana 60 hərbçinin göndərildiyini vurğulayan nazir bildirib ki, türkiyəli hərbiçilərin xidmət müddəti ilə bağlı məsələ Rusiya ilə müzakirə ediləcək.
 
Hulusi Akar həmçinin qeyd edib ki, Ağdamda yerləşəcək Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Mərkəzdə bir türk və bir rus general olacaq.