CinemaPlus-da “Napoleon”un premyeradan öncə nümayişi keçirilib

CinemaPlus-da “Napoleon”un premyeradan öncə nümayişi keçirilib

27-11-2023 12:39 / Bu xəbər 1139 dəfə oxundu

"28 Mall” TM-də yerləşən "CinemaPlus” premium kinoteatrında Fransa imperatoru "Napoleon” haqqında bioqrafik filmin premyera öncəsi nümayişi keçirilib.

Tədbirdə şou-biznes ulduzları, jurnalistlər, blogerlər və sahibkarlar iştirak edib.

Kinoteatrda qonaqlar üçün xüsusi ab-hava yaradılıb. Çiçəklər, çilçıraqlar, şamlar və instrumental trio ilə qızıl tağlar XIX-cu əsrin Fransasını xatırladıb.

Girişdə qonaqları Napoleonun özünün kospleyi və xanımlara gül paylayan ağ mələk qarşılayıb. 

Tədbirin əyləncəli hissəsi Aleksandr Barkovun rəhbərliyində olan "ASgarden”-in vals rəqsi ilə başa çatıb.

Daha sonra film nümayiş olunub. 

İmperator Napoleon Bonapartın həyatından bəhs edən tarixi dramın rejissoru Ridli Skottdur. 

Baş rolu məşhur aktyor Xoakin Feniks oynayır. 

Filmin ssenarisini Devid Skarpa, musiqisini Martin Fipps yazıb.

Film Bonapartın yeganə əsl sevgisi Jozefina ilə qeyri-sabit münasibəti və onu hakimiyyətə aparan çətin yolun hekayəsi haqqındadır. 

Ekran əsərində böyük komandirin hakimiyyətə gəlməsi, Vanessa Kirbi və Tahar Rəhimin inqilabçı Paul Barras rolunu canlandırdıqları xronika da yer alıb.

Jozefina rolunu Vanessa Kirbi, Tahar Rəhimin inqilabçı rolunu isə Paul Barras canlandırıblar.

"Napoleon” filmi "CinemaPlus” kinoteatrlar şəbəkəsində 3 dildə: rus, ingilis və türk dillərində nümayiş etdirilir. 

Həmçinin filmə Azərbaycanda ən son 4DX texnologiyası ilə "Dəniz Mall”da yerləşən "CinemaPlus”da baxmaq olar.

Ülviyyə