“CinemaPlus”da “Çok aşk” romantik komediyasının nümayişi başlayır

“CinemaPlus”da “Çok aşk” romantik komediyasının nümayişi başlayır

07-11-2023 14:42 / Bu xəbər 1335 dəfə oxundu

"CinemaPlus” premium kinoteatrlar şəbəkəsində noyabrın 9-dan etibarən eksklüziv olaraq "Çok aşk” adlı türk romantik komediyasının nümayişi başlayır.

Filmin baş rol aktyoru və ssenaristi Hasan Can Kaya, rejissoru isə Kıvanç Baruönüdür. 

"Çok aşk” komediyası xüsusilə musiqidə, Yeşilçam dövrünün həyatını təqlid edir. 

Tamaşaçılar Hasan Can Kayanı "1 Erkek 1 Kadın” serialının ssenaristlərindən biri və "Konuşanlar” tolk-şousunun aparıcısı kimi tanıyır.

Filmin özəlliyi ondadır ki, fraqment parodiyalar təəssüratı yaradır. Amma buna baxmayaraq, Hasan Can personajları iş və sevgi sınaqları vasitəsilə birləşdirərək bütün hissələri bir süjetə toplayır. 

Aktyor heyəti Büşra Pekin, Barış Yıldız, Şebnem Sönməz və Uğur Yücel kimi tanınmış adlarla zəngindir.

Film arzularını həyata keçirməyə və həyatının sevgisinin qəlbini fəth etməyə çalışan bir insanın hekayəsindən bəhs edir. 

Coşqunun ən böyük arzusu komediya aktyoru olmaq və film çəkməkdir. 

Böyük qardaşı İrfanla birlikdə pirat filmlər sataraq çörəkpulu qazanan Coşqun həyatının eşqi Ayla ilə tanış olduqdan sonra hadisələr tamamilə fərqli hal alır. 

Coşqun həm kino xəyallarını reallaşdırmaq üçün ssenari yazır, həm də aşiq olduğu Aylanın könlünü almağa çalışır.

Ülviyyə