Daha 17 kənd işğaldan azad olunub

Daha 17 kənd işğaldan azad olunub

26-10-2020 13:36 / Bu xəbər 1207 dəfə oxundu

Qubadlı, Zəngilan və Cəbrayıl şəhərinin kəndləri işğaldan azad olunub. 
 
Bu barədə Prezident İlham Əliyev televiziyayla xalqa müraciətində məlumat verib. 
 
Məlumatda Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərinin işğaldan azad olduğu bildirilib. 
 
Azad olunan kəndlər arasında Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağmaşanlı, Kürdlər, Xovuslu, Çələbilər kəndləri də yer alır. 
 
Zəngilanın isə Birinci və İkinci Alıbəyli, Yenikənd, Rəbənd kəndləri işğaldan azad edilib. 
 
Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 10-da və 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması imzalanıb.