Əfqan Muxtarlını aldadırlar: "...yanına gələnlər səninlə görüşmək istəmirlər”

Əfqan Muxtarlını aldadırlar:

04-08-2017 15:39 / Bu xəbər 1256 dəfə oxundu

"Həmin bu rəis Əfqan bəylə hər dəfə: "Yanına gələnlər görüş istəmirlər, ona görə səninlə görüşən yoxdur”, - deyir.

Əfqan Muxtarlı ilə görüşə yenə əngəl yaradırlar.

 Artıq neçə vaxtdır ki, oğurlanaraq Gürcüstandan Bakıya gətirilən, müstəqil jurnalist Əfqan Muxtarllı ilə  görüşə imkan  vermirlər. 

Bu barədə Samir Əsədli öz "Facebook” səhifəsində yazıb.

"Vəkil Elçin Sadiqov dünən Əfqan Muxtarlı ilə görüşüb. Bizə dedi ki, Əfqan 1 saylı İstintaq Təcridxanasının rəisi Rəşid müəllimlə görüşüb və rəis deyib ki, gəlsinlər görüş verəcəm. Biz də, bu gün gedib 1 saatdan artıq gözləyəndən sonra rəis xəbər göndərib ki, mən Əfqanla görüşməmişəm, görüş üçün söz verməmişəm.

Həmin bu rəis Əfqan bəylə hər dəfə ona: "Yanına gələnlər görüş istəmirlər, ona görə səninlə görüşən yoxdur”, - deyir. Bu adam artıq neçənci dəfədir, hər iki tərəfə də yalan deyir. Bu arada siyasi məhbus Elgiz Qəhrəman zəng etdi. Özü də, uşaqlar da yaxşıdır, hamıya salam dedi. Deyir Bayram da yaxşıdır, müalicəsi davam edir, sağalır”, – Samir Əsədli bildirib.

Əfqan Muxtarlı ilə görüşmək üçün bir neçə dəfə "Basta” saytının baş redaktoru Mustafa Hacıbəyli də 1 saylı Bakı İstintaq Təcridxanasına gedib. Əfqan Muxtarlının qardaşından aldığı rəsmi vəkalətnaməni təcridxana rəhbərliyinə təqdim edib, amma görüş almaq mümkün olmayıb.///bastainfo