İlham Əliyev iki universitetin özünüidarə statusunu ləğv etdi - SƏRƏNCAM

İlham Əliyev iki universitetin özünüidarə statusunu ləğv etdi - SƏRƏNCAM

02-11-2017 23:36 / Bu xəbər 2355 dəfə oxundu

Prezident İlham Əliyev "Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” 2017-ci il 21 iyun tarixli sərəncamının tətbiqi ilə əlaqədar hər iki universitetin özünüidarə statusunu ləğv edib.
 
Lent.az-ın xəbərinə görə, dövlət başçısı "Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” 2002-ci il 12 iyun tarixli sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.
 
Prezindentin digər bir fərmanı ilə isə "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişiklik edilib. Sənəddə bildirilir ki, "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddələr 428, 431, № 8 (III kitab), maddə 614; 2001, № 7, maddə 459; 2006, № 9, maddə 743; 2007, № 10, maddə 945; 2008, № 6, maddə 496; 2009, № 9, maddə 687; 2011, № 2, maddə 85; 2014, № 4, maddə 364, № 9, maddə 1064; 2015, № 7, maddə 842; 2016, № 11, maddə 1814) 6-cı hissəsindən "Bakı Dövlət Universiteti,” sözləri çıxarılsın.
 
Qeyd edək ki, sözügedən sənədin 6-cı hissəsində bildirilirdi ki, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Kənd Təsərrüfatı Akademiyası özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərir və onların maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsi hazırlanarkən ayrıca sətirlə verilir.