"Müsavatın qərargahı mühasirədə saxlanılır" - Arif Hacılı

18-10-2017 22:14 / Bu xəbər 2796 dəfə oxundu

"Müsavatın yürüşlə bağlı müraciəti hakimiyyəti çətinə salıb”
 
Bakı şəhər icra hakimiyyəti Müsavat Partiyasının oktyabrın 21-nə təyin olunan yürüşlə bağlı müraciətinə hələ cavab verməyib.

"Səhər saatlarında Bakı şəhər icra hakimiyyətinin şöbə müdiri bildirmişdi ki, bu gün yürüşlə bağlı müraciətimizə cavab veriləcək. İndi bildirir ki, çatdırmadıq, cavab sabah olacaq”. 

Arqument.Az xəbər verir ki, bu barədə Müsavat Partiyası başqanı Arif Hacılı feysbuk səhifəsində yazıb. 

Arif Hacılı qeyd edib ki, hazırda Müsavat Partiyasının qərargahı nəzarətə götürülüb: "Qanunda birmənalı yazılıb ki, kütləvi aksiyalarla bağlı müraciətə aksiyaya azı 3 iş günü qalmış (yəni dünən axşam saat 18-dək) cavab verilməlidir. Görünən odur ki, hakimiyyət çətinə düşüb. 5 cümləlik məktubumuza 10 gündür cavab verə bilmir. Əvəzində Bakı Baş Polis idarəsi bizi hədələyir. Müsavat qəragahını mühasirədə saxlayır. Arxamızca güdükçülər gəzir. Davamız, Azərbaycan davasıdır, bu təziqlər bizi durdurmaz! Bu vətən bizimdir!”