Fərhad Əhmədovun şəxsi evində axtarış aparılıb

Fərhad Əhmədovun şəxsi evində axtarış aparılıb

19-11-2022 13:42 / Bu xəbər 707 dəfə oxundu

Müşviq Əlizahid milyarderin saxlanılmasını təkzib edib

"Azərbaycan əsilli Rusiya milyarderi Fərhad Əhmədov barəsində Azərbaycanda hər hansı cinayət təqibi yoxdur". 

Bunu "Turan"a milyarderin mətbuat katibi Müşviq Əlizahid Fərhad Əhmədovun villasında və müəssisələrində axtarış aparılması və hətta onun saxlanılması haqqında yayılan məlumatları şərh edərkən deyib

Onun sözlərinə görə, yalnız milyarderin Göyçaydakı şəxsi evində axtarış aparılıb, müəssisələrdə yoxlama aparılmayıb.

Əlizahid bildirib ki, axtarış zamanı heç nə müsadirə olunmayıb. 

"Görünür, hansısa bir anlaşılmazlıq baş verib, hər şeyə aydınlıq gətirilib, məsələ bağlanıb", - deyə Əlizahid bildirib.

Mətbuat katibi deyib ki, Əhmədovun saxlanılması haqqında məlumat həqiqətuyğun deyil: "O, Azərbaycandadır və öz işləri ilə məşğul olmağa davam edir". 

Fərhad Əhmədovun Azərbaycanda bir neçə müəssisəsi, o cümlədən Azərbaycanın Göyçay rayonunda nar şirəsi istehsal edən böyük zavodu var.

Əhmədov Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda ABŞ və Avropa İttifaqının sanksiyalarına məruz qalıb.