Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun əsgəri şəhid olub

Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun əsgəri şəhid olub

11-05-2023 11:55 / Bu xəbər 1087 dəfə oxundu

Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb. 

Bildirilir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür: "Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir".