Gömrük generalı ev dustaqlığına buraxıldı

Gömrük generalı ev dustaqlığına buraxıldı

18-03-2023 12:23 / Bu xəbər 789 dəfə oxundu

Daha bir gömrük generalı ev dustaqlığına buraxılıb.

"Qayanrinfo" xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə dəyişdirilib.

Ötən axşam Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov da ev dustaqlığına buraxılıb.

Bu ilin iyul ayında Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. 

Məsum Rəsulovun müsadirəsi nəzərdə tutularaq "Azərterminalkompleks” Birliyində saxlanılan müxtəlif adda siqaret məhsullarını Silahlı Qüvvələrimizin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçularına paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, şəxsi münasibətdə olduğu əməkdaşına müvafiq tələblərdə rəsmiləşdirmə aparılması ilə bağlı qanunla müəyyən edilmiş prosedur qaydaları pozmaqla təhvil verərək külli miqdar dəyərində siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.