“Güven bana” komediya filmi yalnız CinemaPlus-da!

“Güven bana” komediya filmi yalnız CinemaPlus-da!

11-10-2023 14:55 / Bu xəbər 994 dəfə oxundu

"CinemaPlus” premium kinoteatrlar şəbəkəsində oktyabrın 12-dən etibarən eksklüziv olaraq "Güven bana” Türkiyə komediya filminin nümayişi baş tutacaq.

"Aytaç Medya” studiyasının təqdim etdiyi filmin rejissoru və ssenari müəllifi Selçuk Aydemirdir.

Baş rollara Cihangir Ceyhan, Ufuk Bayraktar, Okan Çabalar, Erdal Özyağcılar, Pelin Karahan və digər məşhur aktyorlar çəkilib.

Süjet xəttinə gəlincə, bir sələmçiyə borclu olan Özcan və Serkan, dayıları Müslümün yanına gedərək, ondan 150 min türk lirəsi istəyirlər. 

Müslüm dayı pul vermək istəyəndə, tərslikdən infarkt keçirir və dünyasını dəyişir. 

Bunu görən Özcan və Serkan, onun cibindən pullarını çıxarıb borclarını ödəmək üçün sələmçinin yanına qayıdırlar. Ancaq burada onlar böyük sürprizlə qarşılaşırlar: heç demə pullar saxtadır! 

Qardaşlar saxta pulları götürdükləri yerə geri qoymaq üçün dəfn mərasiminə gedirlər. Amma burada onları böyük macəra gözləyir.

Ülviyyə