“Hozu Cangüdən” filminin qala gecəsi keçirildi

“Hozu Cangüdən” filminin qala gecəsi keçirildi

01-11-2022 21:23 / Bu xəbər 1734 dəfə oxundu

"Park Cinema Flame Towers” kinoteatrında "Hozu Cangüdən” filminin qala gecəsi keçirilib. 

Gecədə filmin yaradıcı heyəti jurnalistlərin suallarını cavablandırıb. 

Filmdə baş rolu yaradan, eləcə də ssenari müəlliflərindən olan aktyor Məcid Hüseynov bildirib ki, "Hozu Cangüdən” istənilən tamaşaçı auditoriyası üçün nəzərdə tutulub: "Biz ümid edirik "Hozu Cangüdən" izləyicilərin üzündə təbəssüm yaradacaq və onların xatirində yaxşı qalacaq. Hər kəsi noyabrın 1-dən "Park Cinema”da "Hozu Cangüdən" filmini izləməyə dəvət edirik". 

Filmin ssenarisi Məcid Hüseynovla yanaşı, Elnur Hüseynov, Alim Cəfər və Faiq Ağamalıya məxsusdur. 

Filmin quruluşçu rejissoru İlham Yaşaroğlu, quruluşçu operatoru isə Rəşad Qarayevdir. Baş rolları Kamilə Babayeva, Elsevər Camal, Teymur Məmmədov və Ülviyyə Əliyeva yaradır. 

Ekran əsərində əməkdar artist Elza Seyidcahan da rol alıb.

Hazırda "Park Cinema” kinoteatrlar şəbəkəsində hər gün saat 17:00-dək 50% endirim kampaniyası davam edir və "Hozu Cangüdən" filmini izləmək istəyənlər biletləri xüsusi endirimlə əldə edə bilərlər. 

Həmçinin hər həftənin çərşənbə axşamı "Park Cinema”da bütün filmlər cəmi 3 manatdır. 

Ülviyyə