İcra başçısı məntəqə sədrlərini niyə toplayıb?

İcra başçısı məntəqə sədrlərini niyə toplayıb?

07-02-2020 00:40 / Bu xəbər 961 dəfə oxundu

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov fevralın 6-da dairə DSK ərazisindəki məntəqə seçki komissiyalarının sədrləri ilə toplantı keçirib.

Bu barədə Arqument.Az-a həmin ərazidəki namizədlər məlumat veriblər.

Onlar bildiriblər ki, icra başçısı məntəqə sədrlərini iki gündür ardıcıl toplayır, lakin niyə toplandıqları barədə məlumat verilmir.

Bundan başqa, bücə təşkilatlarının rəhbərlərinin də icra hakimiyyətinə çağırıldığı bildirilir. 

21 saylı Nəsimi birinci seçki dairəsindən deputatlığa namizəd Fərhad Mehdiyev isə sosial şəbəkədə yazıb: "Müəllimələrdən aldığım məlumata görə, sabah bizim 21-ci dairənin bəzi məntəqələrində "Seçki məşqi" keçiriləcəkdir. Məşq dediyiniz saxtakarlıq və karusel məşqərindən söhbət gedir".

Gün ərzində Nəsimi Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.