İcra Hakimiyyətinin işçiləri yaşlı insanların evlərinə ayaqqabı ilə girdilər - FOTO

İcra Hakimiyyətinin işçiləri yaşlı insanların evlərinə ayaqqabı ilə girdilər - FOTO

04-04-2020 23:35 / Bu xəbər 1256 dəfə oxundu

Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri yaşı 65-dən çox olan və tənha yaşayan 125-dən artıq sakini evlərində ziyarət edib, onlara ərzaq və dərman yardımı etdiklərini açıqlayıb.

İcra Hakimiyyəti görüşün görüntüləriniv əks etdirən fotolar və kampaniya ilə bağlı məlumat yayıb.
 
"Yeni Sabah” xəbər verir ki, yayılan fotolar sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub. Buna səbəb isə İH nümayəndələrinin yaşlı insanların evlərinə ayaqqabı ilə daxil olmalarıdır. 

Tənqidlərin birinci səbəbləri millli adət-ənənlərimiz və formalaşmış mədəniyyət göstəriciləri ilə bağlıdır. Bəlli olduğu kimi, Azərbaycanda evə ayaqqabı ilə daxil olmaq etikadan kənar hesab olunur.

Tənqidlərin ikinci səbəbi isə koronavirusun yayıldığı indiki kritik məqamda gigenyik qaydalarla bağlıdır. İtaliyada xəstəliyin sürətlə yayılmasının səbəblərindən bir amilinin də onların ayyaqabı ilə evlərdə gəzmə olduğu iddia edilir. 

Ayaqqabı ilə insanlar küçədə, avtobusda virusun tüğyan etdiyi istənilən yerdə olur, sonra isə evdə həmin ayaqqabı ilə gəzdikdə onun yayılması üçün münbit şərait yaradılır. 

Bu baxımdan İH nümayəndələrinin elementar gigenyik və mədəniyyət qaydalarına əməl etməməsi pislənilib.
 
Qaradağ Rayon İcra Hakimiyyəti isə məsələyə münasibt bildirməyib.