Kamilə Əliyevanı da yoxladılar: "Deputatın iddiası yanlışdır"

Kamilə Əliyevanı da yoxladılar:

27-03-2021 03:19 / Bu xəbər 3112 dəfə oxundu

Deputat Kamilə Əliyeva dövlət büdcəsinin təxminən 65-70 faizinin qeyri-neft sektorundan gələn gəlirlərin hesabına formalaşdığını deyib.

"Fakt Yoxla” deputatın bu iddiasının doğru olub-olmadığını yoxlayıb.

Bildirilir ki, 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat həcmində təsdiqlənib.  

Araşdırmamız nəticəsində məlum olub ki, 2021-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 54 faizi və ya 13 milyard 717 milyon manatı neft sektorunun, 46 faizi və ya 11 milyard 710 milyon manatı isə qeyri-neft sektorunun payına düşür.

"Fakt Yoxla” hesab edib ki, deputatın iddiası yanlışdır.

Kamilə Əliyeva Milli Məclisin IV və V çağırış (2010 və 2015-ci illər), həmçinin 2020-ci il fevral ayında keçirilən növbədənkənar parlament seçkilərində 111 saylı Zaqatala-Balakən seçki dairəsindən Yeni Yeni Azərbaycan Partiyasını təmsil edir.