Kəmaləddin Heydərov Riqadakı otelini satışa çıxarıb

Kəmaləddin Heydərov Riqadakı otelini satışa çıxarıb

05-01-2023 10:58 / Bu xəbər 741 dəfə oxundu

Latviyanın keçmiş daxili işlər və müdafiə naziri Linda Murniese həmin oteldə işləyib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 3 ildir ki, Riqadakı "Roma" otelinə müştəri tapa bilmir. 

Riqanın mərkəzində yerləşən otel hazırda satışdadır, lakin Heydərovun otelə çəkdiyi 13.2 milyon avroluq xərcə baxmayaraq baha hesab olunur.

Bu məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb. 

O bildirib ki, satışın səbəbi bəlli olmasa da, böyük ehtimalla Heydərovun öz biznesini bütünlüklə Avropadan çıxarıb daha təhlükəsiz hesab etdiyi Birləşmiş Ərəb Əmirliklərində cəmləşdirmək niyyəti ilə bağlıdır:

"Otel Heydərova məxsus "BENKONS" MMC-nin Latviya filialının mülkiyyətindədir. Fövqəladə hallar naziri oteli bağlamaq qərarı ilə bağlı administrator Linda Murnieseni ötən ilin payızında işdən azad edib.

"Linda xanım siyasətçidir, Latviyanın keçmiş daxili işlər və müdafiə naziri olub. Nazir kimi dəfələrlə Bakıda rəsmi səfərdə olub. Onun keçmiş həyat yoldaşı Livan mənşəli ərəb Hosam Ebu Meri də siyasətçidir və Latviya parlamentinin deputatıdır", - deyə o qeyd edib.