Kredit borclarının aqibəti necə olacaq? - VİDEO

Kredit borclarının aqibəti necə olacaq? - VİDEO

07-04-2020 13:30 / Bu xəbər 1208 dəfə oxundu

Hökumət krediti olanları niyə unudub?
 
Hökümətin Koronavirusa görə hazırladığı yardım proqramında kreditlərlə bağlı heç bir güzəşt və ya yardım nəzərdə tutulmayıb. 

İşsiz kimi qeydiyyatda olmayan insanlara da heçbir yardım edilməyəcək. Ölkə əhalisinin böyük hissəsi banklara borcludur. 

Hüquqşünas Əkrəm Həsənov deyir ki, bu proqram hələ son deyil. 

"İnsanların müraciətindən çox şey asılıdır. Susacaqlarsa, hökümət heçbir yardım etməyəcək. Bu dəqiqə hökümət banklara ödənilməli olan məbləği bilmir. Böhran bitəndən sonra bəlkə də, banklara olan borcun müəyyən hissəsini ödəyəcəklər və ya faiz hissəsini dövlət qarşılayacaq. Vətəndaşlardan çox şey asılıdır".///Meydan