Kriştiano Ronaldo yenidən "Mançester Yunayted"də

Kriştiano Ronaldo yenidən

28-08-2021 23:04 / Bu xəbər 3701 dəfə oxundu

Futbol üzrə Portuqaliya milli komandasının kapitanı Kriştiano Ronaldonun yeni klubunun adına rəsmən aydınlıq gəlib

Meydan.TV xəbər verir ki, 36 yaşlı hücumçu bundan sonrakı karyerasını keçmiş klubu "Mançester Yunayted”də davam etdirəcək. 

Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti və digər detallar barədə məlumat verilməyib.

Ronaldo 2018-ci ildən "Yuventus”da çıxış edirdi. O, 2003-2009-cu illər aralığında məhz "Mançester Yunayted”də forma geyinib. 

Portuqaliyalı hucumçu bu komandanın heyətində meydana çıxdığı 292 oyunda 118 qola imza atıb.