Namizədlər MSK-nın qarşısında oturaq aksiyaya başladılar

Namizədlər MSK-nın qarşısında oturaq aksiyaya başladılar

11-02-2020 17:09 / Bu xəbər 1268 dəfə oxundu

Onlar nəticələrin ləğvini tələb edirlər
 
"Hərəkət" seçki blokunun 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədi Rəbiyyə Məmmədova və Müsavat Partiyasının 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizədi Elman Quliyev Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında oturaq aksiyaya qərar veriblər. 

Onlar seçkilərin total saxtalaşdırılmasına etirz edir və nəticələrin ləğvini tələb edirlər.

Rəbiyyə Məmmədova Arqument.Az-a aksiyanın davam edəcəyini deyir. O, MSK-nın qarşısında "Saxtakarlığa son" şüarı səsləndirib.