Novxanıdakı istirahət mərkəzində kütləvi dava - İki nəfər bıçaqlandı

Novxanıdakı istirahət mərkəzində kütləvi dava - İki nəfər bıçaqlandı

07-06-2022 14:56 / Bu xəbər 840 dəfə oxundu

Novxanı qəsəbəsində dəniz sahilində yerləşən "Ləman” istirahət mərkəzində 2 nəfər bıçaqlanıb.

Xəbəri "Qafqazinfo” yayıb.

Bildirilir ki, hadisə ötən gecə saat 01 radələrində baş verib. 

İstirahət mərkəzində baş vermiş dava-dalaş zamanı bıçaqlanan 1990-cı il təvəllüdlü Namid Əliyev və 1992-ci ildə anadan olmuş Həmid Abulov xəstəxanaya çatdırılıblar.

İlkin araşdırmalar zamanı hadisənin orada istirahətə gələn şəxslərdən birinin yanındakı xanıma görə yaranmış qısqanclıq səbəbindən baş verməsi məlum olub. 

Dava-dalaşda iştirak edən və 2 nəfəri bıçaqlayan Sədulla Sərdari və Ramiz Yarəliyev tutulub.

Onların barəsində cinayət işi açılıb.

Hazırda faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

***

Hadisə ilə bağlı Sumqayıt şəhər prokurorluğu da rəsmi məlumat yayıb. Qeyd edilib ki, aparılmış araşdırmalarla qeyd edilən istirahət mərkəzində Sədulla Sərdari və Ramiz Yarəliyevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı orada istirahətə gəlmiş Həmid Abulov və Namid Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürülmələrinə cəhd edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb. 

Ramiz Yarəliyev və Sədulla Sərdari şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.