Oqtay Əsədovun səhhəti pisləşdi: təcili xəstəxanaya yerləşdirildiyi bildirilir

Oqtay Əsədovun səhhəti pisləşdi: təcili xəstəxanaya yerləşdirildiyi bildirilir

09-02-2020 18:58 / Bu xəbər 2230 dəfə oxundu

Milli Məclisin (5-ci çağırış) spikeri, indi isə deputatlığa namizəd Oqtay Əsədovun Mərkəzi Klinik Xəstəxanasına yerləşdirildiyi bildirilir.

"Turan" xəbər verir ki, Əsədov fevralın 9-da, günün ikinci yarısında xəstəxanaya infarkt diaqnozu ilə yerləşdirilib.

Mərkəzi Klinik Xəstəxanasından Turana bu məlumatı nə təsdiqləyib, nə də təkzib ediblər. "Bizim bu barədə məlumatımız yoxdur", - xəstəxanadan bildirilib.