“Park Cinema Aygün Mall” fəaliyyətə başlayıb

“Park Cinema Aygün Mall” fəaliyyətə başlayıb

07-06-2022 10:36 / Bu xəbər 1566 dəfə oxundu

"Park Cinema” kinoteatrlar şəbəkəsi genişlənməkdə davam edir. 

Daha bir kinoteatr Bakıxanov qəsəbəsində yerləşən "Aygün Mall” ticarət mərkəzində açılıb.

Tamaşaçılar artıq seanslar üçün bilet ala bilərlər. Biletlərin qiyməti iyun ayı ərzində 3,30 AZN təşkil edəcək. 

Artıq biletlərin sinxronlaşdırılması və "Park Cinema Aygün Mall”un kinoteatrlar şəbəkəsinin internet saytındakı məlumat bazasına əlavə edilməsi istiqamətində işlər aparılır.

"Park Cinema” kinoteatrlar şəbəkəsinin PR meneceri Rüstəm Fətəliyevin sözlərinə görə, Bakıxanov Bakının ən çox əhalisi olan qəsəbələrindən biridir: "Burada yaşayan sakinlərin son premyeralardan məhrum olması ədalətsizlik idi. Hər hansı filmi izləmək üçün onlar şəhərin mərkəzinə getməli idilər. İndi buna ehtiyac yoxdur, çünki indi onlar qəsəbənin ən böyük ticarət mərkəzinə gəlib, filmə baxa bilərlər”.

Sözügedən ticarət mərkəzində ümumilikdə beş zal olacaq və ziyarətçilər dünya kinosunun bütün premyeralarından həzz ala biləcəklər.

Ülviyyə