“Park Cinema”da Ceki Çanın “Gizli zərbə”si nümayiş olunub

“Park Cinema”da Ceki Çanın “Gizli zərbə”si nümayiş olunub

27-07-2023 21:50 / Bu xəbər 1069 dəfə oxundu

"Park Cinema Alov Qüllələri” kinoteatrında "Gizli zərbə” filminin qapalı nümayişi keçirilib.

Nümayişdən öncə KİV nümayəndələri, blogerlər, aktyorlar və digər qonaqlar filmə həsr olunan əyləncəli proqramı izləyiblər.

Rejissor Skott Vonun çəkdiyi "Gizli zərbə” filminin qapalı nümayişi rəsmi premyeradan 2 gün öncə baş tutub. 

Çin və ABŞ-ın birgə istehsalı olan ekran əsərində baş rolları tanınmış aktyorlar Ceki Çan və Con Sina oynayır. 

Film iki keçmiş xüsusi təyinatlı əsgərin İraqda xilasetmə əməliyyatından bəhs edir.
 
Böyük qarət həyata keçirmək istəyən dəstənin qarşısını yalnız baş qəhrəmanlar ala bilər.

Bu gündən etibarən film "Park Cinema” şəbəkəsinin "Park Bulvar”, "Metro Park”, "Alov Qüllələri”, "Aygün Mall” və "Zagulba Mall” kinoteatrlarında nümayiş olunacaq.

Hazırda "Park Cinema” kinoteatrlar şəbəkəsində "Super gün”, "Tələbə” və "Ailə tarifi” aksiyaları davam edir və "Gizli zərbə” filmini izləmək istəyənlər biletləri xüsusi endirimlə əldə edə bilərlər. 

Ülviyyə