“Qorxulu Morbius” Bakı ekranlarında

“Qorxulu Morbius” Bakı ekranlarında

06-04-2022 14:08 / Bu xəbər 1394 dəfə oxundu

"28 Mall” TM-də yerləşən "CinemaPlus” premium kinoteatrında "Morbius” qorxu filminin təqdimatı keçirilib.

2022-ci ildə Amerikada "Columbia Pictures” tərəfindən "Marvel” ilə birlikdə istehsal olunan film "Marvel Comics”in personajı, yaşayan vampir, superqəhrəman Morbiusdan bəhs edir. 

Bu, "Hörümçək adam” kainatına aid üçüncü filmdir.

Filmin rejissoru Daniel Espinosadır. Baş rolu Jared Leto oynayıb. 

Filmdə həmçinin Maykl Kiton, Mett Smit, Adria Arhona, Jared Harris və başqa aktyorlar çəkilib.

Süjet xəttinə gəlincə, Maykl Morbius uşaqlıqdan nadir qan xəstəliyindən əziyyət çəkir və bütün yetkin həyatını müalicə tapmağa həsr edir. 

Bir gün Maykl yarasaların qanında mümkün bir xilası görür və riskli təcrübəyə qərar verir. 

Təcrübə gözlənilməz reaksiyaya səbəb olur: xəstə hüceyrələrlə əlaqəyə girərək, Morbiusun bədənini dəyişdirərək, onu qaniçən bir canavara çevirir.  

Filmin nümayişindən öncə izləyicilərə maraqlı səhnəcik təqdim olundu. 

Kinoteatrın foyesi filmin üslubuna uyğun dekor olunmuşdu. 

Elin Əhmədovun oynadığı Morbius obrazının qeyri-adi görünüşü, xüsusən də onun tabutda aparılması qonaqları heyrətləndirdi. 

"Morbius” filmini Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

Ülviyyə