Qurban Qurbanov: "Ciddi rəqiblərin yer aldığı qrupa düşmüşük"

Qurban Qurbanov:

27-08-2021 17:33 / Bu xəbər 1802 dəfə oxundu

"Hər üçü ciddi rəqibdir. İki komanda - "Kayrat" və "Omoniya" öz ölkələrinin çempionlarıdır".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin püşkü barədə klubun rəsmi saytına açıqlamasında deyib.

49 yaşlı mütəxəssis Kipr komandalarının həmişə çox ciddi rəqib olduğunu bildirib: "Onlarla maraqlı qarşılaşmalarımız keçib. Uğursuzluqlarımız da olub. Buna görə də hər matça ciddi yanaşmalıyıq. "Bazel"in isə xüsusi təqdimata ehtiyacı yoxdur. Ümumiyyətlə, rəqiblər barədə indidən fikir bildirmək düzgün deyil. Qarşıdakı günlərdə bu komandaları daha yaxından tanıyacağıq. Bundan sonra ətraflı danışmaq olar. Tək bunu deyə bilərəm ki, hər bir komandaya qarşı ciddi hazırlaşacağıq. Həqiqətən də çox ciddi rəqiblərin yer aldığı qrupa düşmüşük".

Ağdam təmsilçisi H qrupunda "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və "Omoniya" (Kipr) klubları ilə mübarizə aparacaq.