Ramiz Mehdiyevin kürəkəni ilə qudasına 15 sutka həbs cəzası

Ramiz Mehdiyevin kürəkəni ilə qudasına 15 sutka həbs cəzası

22-08-2020 13:31 / Bu xəbər 1469 dəfə oxundu

Qudaların işinə Abşeron Rayon Məhkəməsində baxılır

Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyuna görə məhkəmə prosesi keçirilir. Evlənən gənclərin – Fidan Əliyeva və Səid Mustafayevin hər ikisinin atası məhkəmə qarşısına çıxarılıb. 

Meydan TV-nin əldə etdiyi məlumata görə, qudaların hər ikisinin işinə Abşeron Rayon Məhkəməsində baxılır.

"Toy mərasimi Abşeron rayonu ərazisində keçirildiyinə görə orada baxılır. Həm Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat Əliyev İlham Əlisəftər oğlu, həm də qudası Mustafayev Rövşən Saleh oğlu haqqında İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsilə iş başlanıb. Onların işinə ayrı-ayrılıqda baxılır. Amma hər ikisinə hakim Şövkət Nəcəfova baxır”, - məhkəmədən bildirilib.

Məhkəmə İlhan Əliyevə və qudası Rövşən Mustafayevə 15 sutka həbs cəzası verib. Epidemiya əleyhinə rejimin, karantin rejimi qaydalarının pozulmasına görə məsuliyyət nəzərdə tutan İXM-in 211.1 maddəsinə əsasən, fiziki şəxslər 200 manatdan 400 manata, vəzifəli şəxslər isə 3000 manatdan 4000 manata qədər cərimələnə, yaxud da 1 aya qədər inzibati qaydada həbs oluna bilər.

İ.Əliyev və qudasının işinə baxan hakim Şövkət Nəcəfova vaxtilə jurnalist Seymur Həzinin də işinə baxaraq, onun 5 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarmışdı.