Şahin Bağırov Səfər Mehdiyevdən 2 dəfə çox pul toplayıb: bir ayda 747 milyon...

Şahin Bağırov Səfər Mehdiyevdən 2 dəfə çox pul toplayıb: bir ayda 747 milyon...

08-09-2022 15:59 / Bu xəbər 1043 dəfə oxundu

Bu ilin avqust ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 746 milyon 777 min manat vergi və rüsumlar daxil olub. 

Komitədən yaydığı məlumatda bildirilir ki, bu göstərici 2021-ci ilin avqust ayı ilə müqayisədə təxminən 2 dəfə artıb. 

Ötən ilin avqust ayında Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 386 milyon 23 min manat vəsait köçürülüb.

Bu ilin iyul ayında isə gömrükdən bücəyə 480 milyon 533,3 min manat daxil ediıib. 

Rəqəmlərdən də göründüyü kimi, avqust ayında Gömrük Komitəsinin büdcəyə ödədiyi vəsaitlər kəskin artıb.

İyul ayının 16-da Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tutduğu vəzifədən azad olunub.

İyulun 18-də isə Dövlət Gömrük Komitəsi sədri vəzifəsinin müvəqqəti icrası Şahin Bağırova həvalə edilib.