Sevgi şairi, yoxsa “sosial sığortalı” vətəndaş
21-02-2023 23:43 / Bu xəbər 1525 dəfə oxundu
Ədəbiyyata qayğı filan boş şeydir. Gərək nə yazdığını 2 dəfə yox, 200 dəfə düşünəsən.
Ədəbiyyata marağın varsa, o da boş şeydir. Əss odur ki, siyasi konturları biləsən, "amma siyasətə” qarışmayasan.
Sosial mövzularda yazmayasan. Heç kimi tənqid etməyəsən. kiminsə xətrinə dəyməyəsən.
Ancaq sevgidən yazasan. Ancaq onda dövləgin qayğısı üzərində olacaq. Ancaq onda sağ-salamat təqaüdə çıxa biləcəksən.
Bəlkə, dövlətdən dəstək də alarsan. Olarsan, "sosial sığortalı” vətəndaş…
Vaxtilə Rüfət Əhmədzadə var idi. Satirik şeirlərilə, tikanlı yazıları ilə tanınır, sosial mövzularda yazdığı şeirlərlə və köşə yazılarıyla çox sayda insandan rəğbət qazanırdı. Amma düşməni də az deyildi. Zaman gəldi, Rüfəti bezdirdilər, ədəbiyyatdan getdi…
Bu gün dostlaran xəbər tutdum ki, Rüfət Əhmədzadəni vəhşicəsinə döyüblər, yataq xəstəsi olub.. qabırğasında çat yaranıb, burnu sınıb, başına tikişlər atılıb… Abşeron RPİ-də müstəntiq Cavid Kərimli də dönüb olub onu döyən tərəfin "vəkili”.
Abşeron Rayon Polis İdarəsində aparılan bu iş, müstəntiq Cavid Kərimlinin başdansovdu hərəkətləri.. Vəhşicəsinə döyülən jurnalistin qanını batıracaq.
Cəmiyyət isə susacaq. Çünki bir sıra jurnalistlər hardansa icazə və təlimat gözləyirlər… Sevgidən yazmalısan, bol-bol vətənpərvərlik fışqırmalısan…. Ancaq əmrlərlə hərəkət etməlisən. O zaman səni görəcəklər. Dərdini eşidəcəklər. Və döyülməyəcəksən!..
Çingiz Həbib