ÜST: "Dünyada COVID-19-un üçüncü dalğası başlayıb"

ÜST:

15-07-2021 12:42 / Bu xəbər 3153 dəfə oxundu

Dünyada koronavirus pandemiyasının yeni dalğasının ilkin mərhələsi başlayıb.

"Kommersant" nəşrinin məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Gebreyesus deyib. 

Onun sözlərinə görə, ötən həftə dünyada koronavirusa yoluxmalarda və virusla əlaqədar ölümlərdə artım qeydə alınıb. 

Virusun ölümcül təsirləri 10 həftəlik fasilədən sonra yenidən intensivləşməyə başlayıb. 

Gebreyesus deyib ki, göstəricilərin artmasının ən əsas səbəbi koronavirusun yeni "delta" ştammıdır. 

Onun sözlərinə görə, "delta" ştammı hazırda dünyanın 111 ölkəsində mövcuddur. 

ÜST sözügedən ştammın tezliklə dünyada hökmranlıq edən əsas ştamm olacağını proqnozlaşdırır. 

Qurum koronavirusun yeni ştammından qorunmağın yeganə yolunu əhalinin vaksin olunması prosesinin tezləşdirilməsində görür.