Tom Kruzun “Qeyri-mümkün missiya”sı “CinemaPlus”da!

Tom Kruzun “Qeyri-mümkün missiya”sı “CinemaPlus”da!

14-07-2023 19:09 / Bu xəbər 1804 dəfə oxundu

Bilgəh qəsəbəsindəki "Amburan Mall” ticarət mərkəzində yerləşən "CinemaPlus” premium kinoteatrında "Qeyri-mümkün missiya: Ölümcül intiqam, 1-ci hissə” adlı Amerika casus döyüş filminin premyeradan öncə nümayişi keçirilib.

Tədbirdə şou-biznes nümayəndələri, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak edib.

"Paramount Pictures”ın istehsalı olan film "Qeyri-mümkün missiya” franşizasında yeddinci filmdir və büdcəsi 290 milyon dollar təşkil edir.

Filmin rejissoru və ssenari müəllifi Kristofer Makuorridir.

Ekran əsərində baş rolu tanınmış aktyor Tom Kruz (İtan Hant) ifa edir. Digər obrazlara Rebekka Ferqyuson, Heyli Etvell, Pom Klementeff, Vanessa Kirbi, Saymon Peqq, Şey Uiqem, Keri Elves, Rob Delani və İndira Varma çəkilib.

Film İtan Hant və onun komandasının yenidən təhlükəli tapşırığa başlamasından bəhs edir. 

Bu dəfə onlar bütün bəşəriyyəti məhv edə biləcək ölümcül silahın axtarışına çıxırlar və onun yanlış əllərə keçməsini əngəlləyirlər. 

Milyardlarla insanın həyatını xilas etmək üçün ölümcül yarış başlayır. 

Baş qəhrəman qüdrətli Qabriel ilə üzləşməli olacaq və qələbə qazanmaq üçün hətta əzizlərini belə qurban verə bilər.

Qeyd edək ki, ekran əsəri 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq. 

Həmçinin filmi "Dəniz Mall”da yerləşən "CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləmək mümkündür.

Ülviyyə