Tovuzdakı futbol akademiyasının rəhbəri açıqlandı

Tovuzdakı futbol akademiyasının rəhbəri açıqlandı

12-02-2021 14:50 / Bu xəbər 917 dəfə oxundu

Bu ilin yanvarında açılan "Turan Tovuz” Futbol Akademiyasına kimin rəhbərlik edəcəyi məlum olub.

"Futbol+” qəzeti xəbər verir ki, FIFA, UEFA və AFFA-dan ayrılan vəsait hesabına araya-ərsəyə gələn akademiyaya Adil Şükürov rəhbər təyin olunub. 

Onunla 2 illik müqavilə bağlanıb. Mütəxəssis martın əvvəlindən yeni vəzifəsinin icrasına başlayacaq.

Adil Şükürov 2015/16 mövsümündə "Zirə”nin baş məşqçisi olub. 

O, "Bakı” Futbol Akademiyasında çalışarkən müxtəlif yaş qrupları arasında bürünc, gümüş və qızıl mükafatlar qazanıb.