Zelenski: "Rusiya ilə müharibə ola bilər"

Zelenski:

10-09-2021 22:41 / Bu xəbər 721 dəfə oxundu

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibənin baş verəcəyi ehtimalını irəli sürüb.

O, "YES Brainstorming” forumunda aparıcının Rusiya ilə Ukrayna arasında müharibənin mümkünlüyünə dair sualını cavablandırarkən deyib.

"Hesab edirəm ki, müharibə ola bilər”, - Ukrayna Prezidenti bildirib.

V.Zelenski əmindir ki, hadisələrin belə inkişafı yanlış variant olardı: "Çünki bu baş verərsə, Rusiya, Ukrayna və Belarusun qonşuluğu heç vaxt olmayacaq”.///report.az