Mehman Hüseynovdan xəbər var

Mehman Hüseynovdan xəbər var

15-05-2017 16:13 / Bu xəbər 1115 dəfə oxundu

Mayın 15-də həbsdə olan bloger Mehman Hüseynov barəsində olan hökmdən kassasiya şikayəti verilib.

Bu barədə vəkil Elçin Sadıqov "Facebook" hesabında yazıb.

Vəkil kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qərarının ləğv edilməsi və Mehman Huseynov barəsində CM-nin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş ilə çıxış etdiklərini deyib.

"Bundan başqa blogerin  Birləşmiş Krallıqdan olan vəkilləri ilə birlikdə onun  ölkədaxili müdafiə vasitəsi tükəndirilmiş işlər üzrə şikayətləri Avropa İnsan Hüquqları Məhkəməsinə hazırlanır." - vəkil bildirib.

Mehman Huseynov Bakı şəhər Suraxanı rayon məhkəməsinin 03 mart 2017-ci il tarixli hökmü ilə Bakı şəhər Nəsimi rayon RPİ-nin rəisi Musa Musayevin xüsusi ittihamı əsasında 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətimiz təmin olunmayıb və Bakı şəhər Suraxanı rayon məhkəməsinin 03 mart 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılıb.