“Azəriqaz” istifadəçilərinin sayını açıqlayıb

“Azəriqaz” istifadəçilərinin sayını açıqlayıb

09-07-2019 16:55 / Bu xəbər 131 dəfə oxundu

 "Azəriqaz” İstehsalat Birliyi 2019-cu ilin yanvar-iyun ayları ərzindəndə əhali sektoru üzrə 47 596 yeni abonent qeydiyyata alınıb.

Bu barədə  "Azəriqaz” ın saytında məlumat verilib.

Məlumata görə, həmin abonentlərin  24 670-i Bakı, Abşeron və Sumqayıt, 22 926-sı isə regionlar üzrədir.

Yeni abonentlərin sayının artmasına səbəb abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində işlər görülüb. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 231 222-ə çatıb.