Baş katib əmisioğlunu milli komandaya gətirdi

Baş katib əmisioğlunu milli komandaya gətirdi

31-10-2023 13:29 / Bu xəbər 3195 dəfə oxundu

Cüdo üzrə Azərbaycan millisində məşqçi dəyişikliyi baş verib.

Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, Mehman Əzizovla əməkdaşlığın davam etdirilməməsi qərara alınıb və onunla müqaviləyə xitam verilib.

Əvəzində Rüstəm Alimli böyüklərdən ibarət milliyə məşqçi təyin olunub. 

O həm də yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək.

Abdulhaq Rəsullu Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullunun əmisioğludur.