Ermənistan Qarabağ iddiasından imtina etdi?

Ermənistan Qarabağ iddiasından imtina etdi?

22-06-2021 01:35 / Bu xəbər 1301 dəfə oxundu

Elşən Feyzullayev

Hər şey bitdi. Müharibənin ardınca seçki də bitdi. Nəticələr artıq bəllidir, bütün  Ermənistan  revanşitslərdən fərqli olaraq Paşinyanın qələbəsini qeyd etməyə hazırlaşır. Ermənistan  müharbədən imtina  etdi, elə Paşinyan da. Necə deyərlər, Ermənistan seçicilərinin son qərarı düşünməyə əsas verir ki, bir millət olaraq ermənilər Qarabağdan imtina etdi. Bu fikir  Paşinyanın da Qarabağdan imtina edəcək kimi bir düşüncəyə gəlməsinə əsas verirmi?

Keçirilən  parlament seçkisində  xüsusi iradə  göstərən  ermənistan xalqı Paşinyana səs verməklə "Qarabağ klanı"na  yox dedi. Dolasıyla  revanşistlərin hakimiyyətə yolunu kəsən ermənilər,  əslində Kremlin siyasətinə qarşı çıxdı. Bu gediş bizim də maraqlarımızla  üst-üstə düşdüyündən  Azərbaycanda seçkilər maraqla izlənildi. Paşinyanın qələbəsi tək Ermənistanı ağır məğlubiyyətdən sonra inkişaf müstəvisinə çıxarmadı, bu həm də Xocalı qırğınında  əli  xalqımızın qanına batan Köçəryanın hakimiyyətə yolunu bağlamış oldu. 

Bəs bundan sonra  Ermənistanın xarici və daxili siyasəti hansı istiqamətdə olacaq?
 
Qərbyönümlü siyasətini davam etdirən Ermənistan bundan sonra  istər Azərbaycanla, istərsə də Türkiyə ilə siyasətini necə quracaq? Bu həm də avantürist movqeydə olan qondarma rejimin rəhbərlərinə də aid olacaq. Müharibədən qaçan və onun zərərlərindən cana doyan bir xalq qonşu dövlətin ərazisində ikinci bir erməni dövlətinin yaranmasına əvəlki tək cəhd göstərəcək, yoxsa Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq?

Seçkilər göstərdi ki, Paşinyan təqdim olunduğu kimi  bambılı biri deyi və o  bundan sonra  da qərbyönülmü siyasətini davam etdirəcək. Türkiyə və  Azərbaycanla münasibətlərin   yaxşılaşmasına çalışacaq. Çox guman ki, əvvəlki tək Zəngəzur dəhlizinin açılmasına  əngəl olmayacaq. 

Bəs Rusiya bu məğlubiyyətlə barışacaqmı?

Məlum məsələdir ki, Seçkidən sonrakı proseslər  gərginliyi  bi az da artırıb. Koçəryanın tərəfdarları  seçkilərin nəticələrini tanımadıqlarını  bildirsələr də, Kreml artıq Paşinyanı qələbəsini tanıyıb və bu  münasibətlə  onu ilə təbrik edib. 

Bəs protokol icabı təbrikin arxasında  Yerevan-Moskva münasibətləri bundan sonra  hansı istiqamətdə davam edəcək? Bütün bu proseslər  bizim Qarabağa bütünlüklə  və birdəfəlik sahib olmağımıza səbəb olacaqmı?

Müşahidələr deməyə əsas verir ki, Qərbin   və  Türkiyənin   dəstəyi ilə  Azərbaycan-Ermənistan  ikitərəfli dialoqa başlasa  və problemin həlli istiqamətində  Azərbaycanın ərazi bütövlüyünü  tanımaq yolunu tutsa, separatçı rejimlə bütün əlaqəni kəssə, müdaxilə faktorunu aradan qaldırmış olar.

Hazırda  Ermənistan  Paşinyanı seçməklə  ilkin addım  ataraq  müharibədən, dolayısı ilə Qarabağa iddiadan imtina etdi.

Qaldı Qarbağdan imtinanı rəsmiləşdirmək. Sonrakı mərhələdə  Ermənistan hansı yolla davam edəcək,  onu isə zaman göstərəcək!

Yazıdakı fikirlə müəllifin şəxsi mülahizələridir. Arqument.az-la müəllifin mövqeyi üst-üstə düşməyə bilər.