İntihara cəhd edən qazinin bədəninin 70 faizi yanıb

11-07-2022 13:02 / Bu xəbər 1325 dəfə oxundu
Dünən, iyulun 10-da Sabirabad Rayon İcra Hakimiyyətinin qarşısında inihara cəhd edən İkinci Qarabağ müharibəsinin iştirakçısı Elvin Cəfərovun vəziyyəti ağırdır.
Bu barədə "Turan"a TƏBİB-dən məlumat verilib.
Qurumdan bildiriblər ki, hazırda Elvin Cəfərov Yanıq Mərkəzinin Reanimasiya şöbəsindədir, bədənin 70 faizi yanıb.
E.Cəfərovun qardaşı Elnur Cəfərov "Turan"a bildirib ki, intihara səbəb icra hakimiyyətinin haqsızlıqları olub: "Elvin son variant kimi intihara əl atıb".
Məsələ ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.