Rusiya raket və dronlarla hücum etdi: Zelenski cəbhə xəttinə getdi
30-12-2023 01:57 / Bu xəbər 1473 dəfə oxundu
Rusiyanın Ukraynaya dronlar və qanadlı raketlərlə hücumundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski cəbhə xəttinə gedib.
Onun hazırda intensiv döyüşlərin getdiyi ərazidə olduğu bildirilir.
Ukrayna lideri Avdeyevkadakı Ukrayna mövqelərinə baş çəkib.
O bu barədə teleqram kanalında məlumat yayıb.
Zelenski səfəri zamanı 110-cu əlahiddə mexanikləşdirilmiş briqadanın döyüşçülərini ordenlərlə təltif edib.
O deyib ki, bu səfər zamanı briqada komandiri ilə "müdafiə vəziyyətini” və "əsas ehtiyacları” müzakirə edib.
Zelenski bildirib ki, Avdeyevka "cəbhə xəttinin ən mürəkkəb hissələrindən biridir”.
Bu səfər zamanı Zelenskini onun administrasiyasının rəhbəri Andrey Yermak müşaiyət edib.
Onun sözlərinə görə Rusiya ordusu daimi artilleriya və aviasiya zərbələri ilə bu şəhəri məhv edir.
Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi boyunca Volodomir Zelenski dəfələrlə ön cəbhə xəttinə səfərlər edib.
O Baxmutda, İzyumda, Xerson ətrafında olub.