İstanbulda yanğın: ölən və yaralananlar var

İstanbulda yanğın: ölən və yaralananlar var

02-04-2024 18:38 / Bu xəbər 645 dəfə oxundu

Aprelin 2-də İstanbulda gecə klubunda yanğın baş verdiyi bildirilir.

Qeyd olunur ki, Beşiktaş rayinunun 16 mərtəbəli binanın altında yerləşən əyləncə mərkəzinin təmiri zamanı baş verən yanğında 25 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

İstanbul valiliyinin yerli mediaya verdiyi məlumata görə, yanğın saat 12.47 baş verib.

İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu hadisə yerinə gedərək yanğının nəzarət altına alındığını açıqlayıb.

Ə.İmamoğlu bildirib ki, təmir üçün müraciət olmayıb.