“Netflix” Tolstoyun romanı əsasında serial çəkəcək

“Netflix” Tolstoyun romanı əsasında serial çəkəcək

26-05-2021 17:30 / Bu xəbər 1061 dəfə oxundu

Film müxtəlif dillərə təcümə ediləcək

"Netflix” rusiyalı yazıçı Lev Tolstoyun "Anna Karenina” əsəri əsasında serial çəkəcək.

"Anna K” adlanacaq serialda baş rolu Svetlana Xodçenkova canlandıracaq.

Digər aktyorlarla bağlı hələ ki, məlumat verilmir.

Serialda hadisələr müasir Rusiyada baş verir.

Sankt-Peterburqun gələcək qubernatorunun həyat yoldaşı Anna Karenina Aleksey Vronski ilə eşq yaşayır.

Serialın çəkilişləri Moskva və Sankt-Peterburqda aparılacaq. Film rus dilində olsa da, başqa dillərə təcümə ediləcək.

Filmin büdcəsi haqda məlumat verilmir.