Paşinyan: "Yeni müharibə ehtimalı yüksəkdir"

Paşinyan:

14-03-2023 13:47 / Bu xəbər 830 dəfə oxundu

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Azərbaycanla yeni müharibə ehtimalı yüksəkdir. 

Bu barədə o, çərşənbə axşamı mətbuat konfransında bildirib.

"Hazırda həm Ermənistan sərhədi boyunca, həm də Dağlıq Qarabağda eskalasiya ehtimalı çox yüksəkdir. Bunu Bakının getdikcə artan aqressiv ritorikası sübut edir və bəzi başqa məlumatlar da var", - Baş nazir bildirib.

Məhz buna görə də Ermənistan Avropa İttifaqından müşahidəçilər dəvət edib. 

Paşinyan hesab edir ki, beynəlxalq birlik yeni eskalasiya təhlükəsinin yüksək səviyyədə olduğunu tanımalıdır.

"Laçın dəhlizinin blokadası və Dağlıq Qarabağda Azərbaycan tərəfindən etnik təmizləmə təhlükəsi nəzərə alınmaqla, Ermənistan rəhbərliyinin mövqeyi əvvəlkitək qalır - Laçın dəhlizinə və Dağlıq Qarabağa beynəlxalq faktların toplanması üzrə missiya göndərilməlidir", - Paşinyan deyib.