Rusiya Müdafiə Nazirliyi: "Hərbi əməliyyatlardan sonra Qarabağa 47 mindən çox erməni qayıdıb"

Rusiya Müdafiə Nazirliyi:

03-01-2021 19:59 / Bu xəbər 777 dəfə oxundu

Rusiya Müdafiə Nazirliyi yanvarın 3-də Ermənistandan Qarabağa 130-dan çox qaçqının qayıtdığını bildirib.

"Rusiya sülhməramlıları Ermənistan ərazisindən Dağlıq Qarabağa qayıdan daha bir qaçqın qrupunu müşayiət ediblər" - Rusiya Müdafiə Nazirliyinin məlumatında belə deyilib.

Məlumata əsasən, şənbə günü Yerevandan Xankəndi şəhərinə avtobusla 130-dan çox qaçqın çatdırılıb.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, hərbi əməliyyatlar başa çatandan sonra Qarabağın erməni əhalisinin yaşadığı əraziyə ümumilikdə 47,1 mindən çox erməni qayıdıb.///toplum.tv