Malatyada 500 bina dağılıb: 4 azərbaycanlı tələbə axtarılır

Malatyada 500 bina dağılıb: 4 azərbaycanlı tələbə axtarılır

10-02-2023 13:39 / Bu xəbər 1212 dəfə oxundu

Türkiyə baş verən və episentri Kahramanmaraş olan zəlzələ Malatya bölgəsində də ciddi dağıntılar yaradıb. 

Ümumilikdə Malatyada 500 binanın tam dağıldığı bildirilir.

Yerli sakinlərin "Arqument.az"a verdiyi məlumata görə, binaların çoxun zəlzələnin ikinci dalğasında uçub. 

Hazırda bəzi ailələr evlərinə geri dönüb yaşayırlar.

AFAD əməkdaşlarının dediyinə görə, arıq hərbi qüvvələrə də dağıntılar altında qalanlara kömək etmək üçün tapşırıq verilib.

Hazırda bütün ərazidəki binalara girmək qadağandır.  

Malatyada yerləşən İsmət İnönü Universitetin azərbaycanlı tələbələri - Şahin Vəliyev, İsmayıllı Hüman, Gündüz Nəzərzadə, Samir Quliyevdən heç bir xəbər yoxdur. 

Tələbələrin Malatyanın Zəfər məhəlləsi, Memet buyruk caddesi, Hakim bəy apartmanında qaldığı söylənilir.

Tələbələrin yaxın qohumları da dağılmış binanın ətrafında onlardan xəbər gözləyirlər.

Şəkildə gördüyünüz və dağıntıya məruz qalmış binada həmin dörd tələbənin eyni otaqda qaldığı bildirilir.

Müasir texnologiya sayılan "termal kameralar"la sağ olan vətəndaşların tez zamanda dağınılar altından çıxarılması üçün axtarış davam etdirilir.

Rizvan İbrahimov
Bakı-Malatya-Bakı