Türkiyə və Suriyada zəlzələ: ölən və yaralananlar var (Yenilənir)

Türkiyə və Suriyada zəlzələ: ölən və yaralananlar var (Yenilənir)

06-02-2023 12:06 / Bu xəbər 1132 dəfə oxundu

Suriyada ölənlərin sayının 560-a çatdığı bildirilir.

Hökumətin və müxaliflərin nəzarətində olan bölgələrdəki xilasedicilərin məlumatına görə, Suriya üzrə ölənlərin sayı ən azı 560 nəfərə çatıb.

Rəsmi xəbər agentliyi SANA-nın səhiyyə nazirliyinə istinadən verdiyi məlumata görə, müharibənin davam etdiyi ölkənin hökumətin nəzarətində olan ərazilərdə azı 339 nəfər ölüb, 1089 nəfər yaralanıb.

"Ağ Dəbilqəlilər” xilasetmə qrupu müxalifətin nəzarətində olan ərazilərdə ən azı 221 nəfərin öldüyünü, 419 nəfərin isə yaralandığını bildirib.

***
 
Türkiyənin vitse-prezidenti Fuad Oktay ümumilikdə 284 itki və 2323 yaralı olduğunu açıqlayıb.

Oqtay digər əyalətlərin vəziyyətini belə izah edib:

  • Maraşda 70 nəfər həyatını itirib, 200 nəfər yaralanıb;
  • Hatayda 4 ölüm, 7 yaralanma və 200 dağıntı olub;
  • Osmaniyedə 20 nəfər itkindir, 200 yaralı var və 83 bina dağılıb;
  • Adıyamanda 13 nəfər itkindir, 22 yaralı var və 100 bina dağılıb;
  • Diyarbakırda 14 nəfər həyatını itirib;
  • Urfada 18 nəfər itkindir, 200 yaralı var və 60 bina dağılıb;
  • Antepdə 80 nəfər ölüb, 581 bina dağılıb;
  • Kilisdə 8 nəfər ölüb, 50 bina dağılıb;
  • Adanada 10 nəfər ölüb, 118 yaralı var;
  • Malatyada 47 nəfər ölüb, 550 nəfər yaralanıb, 300 bina dağılıb.

***

440 yaralının olduğu bildirilir

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşəcək. 

Qurumun yaydığı məlumata görə, artıq hazırlıq işlərinə başlanılıb.

***

Fevralın 6-da, saat 4 radələrində Türkiyədə zəlzələ baş verib. Avropa Seysmoloji Mərkəzinin məlumatına görə, Kahramanmaraş mərkəzli 7,4 bal gücündə zəlzələ Hatay, Adana, Qaziantep, Malatya, Kilis, Adıyaman, Diyarbəkir, Şanlıurfa və Osmaniyedə dağıntılara səbəb olub. 

Son məlumata görə, zəlzələ nəticəsində 76 adam həyatını itirib, 440 nəfər isə yaralanıb. 

Türkiyə hökuməti yardım üçün beynəlxalq çağırış edib.