Saakaşvili Tbilisidə saxlanıldı

Saakaşvili Tbilisidə saxlanıldı

01-10-2021 22:26 / Bu xəbər 1669 dəfə oxundu

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili okyabrın 1-də axşam Tbilisidə saxlanılıb. 

Bu haqda xüsusi brifinqdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib.

Xəbəri Məqalə "JAMnews" yayıb. 

Qaribaşvilinin bildirib, hüquq-mühafizə orqanları əvvəlcədən onun yerdəyişməsi haqda məlumatlı olub və proses tam nəzarət altında olub.

Mixail Saakaşvili oktyabrın 1-də səhər Feysbuk səhifəsində artıq Gürcüstana gəldiyini və Batumidə olduğunu bilidirib. 

Gürcüstan DİN cavabında təcili bəyanatla çıxış edib.

Bildirib ki, bir neçə cinayət işi üzrə axtarışda olan eks-prezident rəsmi olaraq dövlət sərhədini keçməyib. Əgər bu təsdiq olunarsa, həbs ediləcək.

Oktyabrın 1-də gündüz Gürcüstan prezidenti Salome Zurabişvili eks-prezident ətrafındakı ajiotajı şərh edib. 

O bildirib ki, dinc və azad seçki mühitinin dəstəklənməsinə görə məsuliyyət hökumətin əlindədir: "Saakaşvilinin Gürcüstana gəlişi ilə bağlı hökumətin kinayə və istehzası yolverilməzdir. Bu mövzunu kim tirajlayır və spekulyasiyaya çevirirsə, o, ölkə və ya ədalətli seçki haqda düşünmür, stabilliyin pozulmasına ümid edir".

Saakaşvili isə vətəndaşları dinc seçkilərə gəlməyə çağırıb.