Kiyevdə jurnalist həlak oldu - Rusların atdığı raketdən...

Kiyevdə jurnalist həlak oldu - Rusların atdığı raketdən...

23-03-2022 23:29 / Bu xəbər 1668 dəfə oxundu

Kiyevdə rusiyalı jurnalist Oksana Baulina Rusiyanın raket hücumu zamanı həlak olub.
 
Bu barədə "The İnsider" portalı məlumat verib.

"The İnsider-in jurnalisti Oksana Baulina Kiyevdə redaksiya tapşırığını yerinə yetirərkən atəş nəticəsində həlak olub. O, paytaxtın Podolski rayonunu rus qoşunlarının atəşə tutmasından sonra dağıntıları lentə alarkən yeni raket atəşi altında qalıb. Onunla birlikdə daha bir mülki şəxs həlak olub, onu müşayiət edən iki nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib”, - məlumatda bildirilib.
 
Nizami Bağırov