Yafəs Türksəs vəfat etdi

Yafəs Türksəs vəfat etdi

18-10-2022 15:57 / Bu xəbər 1243 dəfə oxundu

Şair Yafəs Türksəs vəfat edib.

Bu barədə tənqidçi Əsəd Cahangir məlumat yayıb. 

Yafəs Türksəs 1954-cü ildə Cəbrayıl rayonunda anadan olub. 

Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Azərbaycan ədəbiyyatında daha çox "Oğlum Şəhriyara" şeiri ilə məşhurluq qazanan şair postmodernist şeirlər müəllifi kimi tanınıb.

 Şairin ən son kitabı "Arzuların göyçək vaxtı" adı ilə nəşr olunub.

Ağciyər xərçəngindən vəfat edən şair bu gün Müşfiqabad qəbiristanlığında dəfn olunub.