Yazıçı: "Azərbaycanlı uşaqlara seksual tərbiyə lazım deyil"

Yazıçı:

10-12-2021 01:20 / Bu xəbər 5231 dəfə oxundu

Rusiyada yaşayan yazar Ulduz Qasım: "Jurnalist olmaq istəyəndə, az qala, bütün kənd buna qarşı çıxdı”

Müsahibimiz Rusiyada yaşayan yazıçı Ulduz Qasımdır. 

Otuz ildən çoxdur ki, Moskvada yaşayan yazıçı buraya səksəninci illərdə - ailəsi ilə birlikdə köçüb. 

Gəncliyində jurnalist kimi fəaliyyətə başlayan Ulduz xanım paytaxtın ən ümidverici parlaq imzalarından biri olub və sovet mətbuatında bir sıra məqalələri ilə çıxış edib. 

Rusiyaya köçməsi ilə yazar fəaliyyətini dayandırmalı olan Ulduz Qasım təxminən iyirmi illik bir müddətdə öz sevdiyi işdən uzaq düşüb. 

Son on ilə yaxındır ki, öz işinə qayıdan yazar, ona yaxın roman yazaraq, Azərbaycan və Türkiyə kimi ölkələrdə çap olunub. 

Əslən Qarabağlı olan yazıçını tez-tez televiziya verilişlərində görmək mümkündür. Onun əsas mövzuları qadınlar, mühacirət və Qarabağ gerçəkləridir. 

2019-cu ildə Türkiyədə türkçə nəşr edilən "Qürbət zöhrəsi” romanı Türkiyənin Mədəniyyət Nazirliyi tərəfindən "İlin ən yaxşı romanlarından biri” seçilib və ölkə kitabxanaları üçün 200 nüsxəsi satın alınıb. 

– Ulduz xanım, necə oldu ki, Rusiyaya köçməli oldunuz?

– Ailə qurmağımla bağlı idi. Əgər ailə qurmasaydım, yəqin ki Rusiyaya gəlməyəcəkdim. Moskvada yaşamağa başladım. Bu ölkə ilə tanışlığım çox əvvəllərdən vardı. Çünki universitetedə oxuyarkən, demək olar ki, bütün rus klassiklərinin əsrlərini oxumuşdum. Rus həyatına azdan – çoxdan bələddim. Dostoyevskinin, Lev Tolstoyun, Turgenevin, Maksim Qorkinin əsərlərini tələbə vaxtı su kimi içirdim. Demək istəyirəm ki, rus həyatını ədəbiyyatdan, tarixdən bilirdim.

- Bəs bura köçəndə oxuduğunuz əsərlərdəki rus həyatı ilə müasir həyat arasında hansı fərqi gördünüz?

- Mən oxuduğum əsərlər klassika idi. Zaman fərqi vardı. O kitablarda on səkkizinci, on doqquzuncu əsrlərdəki rus həyatından söhbət gedirdi. Mən bura köməndə isə artıq oturuşmuş Sovet Rusiyası idi. Zaman, dəyərlər, insanlar, ritorika, münasibətlər – hər şey dəyişmişdi. Amma rus xarakteri, rus qəlbi deyilən bir şey var, onu görmək olurdu.

– Rusiyanın şaxtası hamıya məlumdur. Moskvanın qışı olduqca sərtdir. Siz isə qarabağlısınız. İqlim sizə necə təsir elədi?

– İqlim ən çətin alışdığım şeylərdən biri oldu. Birinci ili xəstə oldum, demək olar, heç sağalmadım. Amma, başqa əlacım yox idi. Dözməli idim. Ailəm burada idi, onların yanında olmalı idim. Allaha şükür ki, indi mənə iqlim o qədər də təsir etmir. Necə deyərlər, ikinci vətənimdə hər şeyə alışdım.

– Qarabağın iqlimi necədir? 

– Mən Qarabağın aran yerindənəm - Cəbrayıldan. Araz boyunda yaşadığıma görə, ancaq yumşaq iqlim görmüşəm. Bilirəm, dağlıq yerlərimiz soyuq, sərt olur. Biz yaz-yay mövsümündə atamın işiylə əlaqəli olaraq, yaylaqlara gedirdik. Buna görə oranın havasıyla tanışlığım var. Mən Moskvaya gələndən sonra buranın havasını Dağlıq Qarabağın havası ilə müqayisə edirdim.

- Bəs Rusiyanı Azərbaycanla müqayisə edirdiniz? Harda sizə daha rahatdır?

- Əlbəttə, Azərbaycanda yaşamaq daha gözəldi. Kim öz doğma yurdundan savayı başqa bir ölkədə ürəyi istəyən kimi həyat sürə bilər? Həmişə Azərbaycana qayıtmaq istəmişəm. Oranın havasından, suyundan ötəri darıxmışam, yuxularımda görmüşəm. Amma bu həyatdı, onun öz şərtləri var. Bəzən taleyinə qarşı çıxmaq olmur. Onu da deyim ki, Rusiya da mənim ikinci vətənim sayılır. 37 ildir burdayam. Dostlarımın, tanışlarımın sayını itirmişəm. Hamısı da yaxşı insanlardı. Yəni, burda əzab çəkdiyimi deyə bilmərəm. Amma Vətən başqa şeydir.

– Aradan iyirmi il keçəndən sonra necə oldu ki, yenidən yazmağa qərar verdiniz?

– Bilirsən, yazmaq istəyi elə bir şeydir, elə bir istedaddır ki, bunun qabağını heç bir daş, heç bir qaya ala bilməz. İyirmi ilə yaxın bir zaman başım ailəyə, uşaqları böyütməyə qarışdı. Çətinliklər, kirayə həyatı, evsizlik, işsizlik öz sözünü dedi. Uşaqlarım böyüdü, dərslərinə diqqət etdim, intellektual inkişaflarını düşündüm, vaxtımı onların dərslərinə, repetitorlarına, mütaliələrinə xərclədim. Onlar böyüdü, ali təhsil ocaqlarına daxil oldular. Yüküm azaldı, onda anladım ki, illərdir içimdə amansız bir ehtiyacı necə dəqqarlıqla boğurmuşam. Mənim yazmaq həvəsim dünənin, sragağünün işi deyil. Yazmaq ehtiyacı hiss edəndə, balaca hekayələr yazanda hələ yeddi yaşım vardı. İlk şerimi də o yaşda yazmışdım. Rayon qəzetində, ölkə mətbuatında şeirlərim, balaca yazılarım dərd olunanda, hələ uşaq idim. Tələbəlik illərində bu daha da genişləndi, peşəkar hala gəldi. Radio-televiziya verlişlərində iştirak elədim. Qəzet və jurnallarda oçerklərim, şeirlərim, kiçik heykayələrim, esseslərim yayınladı.

– Deməli, hələ məktəb yaşlarından başlamısınız yazı işinə?

– Bəli. Mən orta məktəbdə oxuyarkən, iki dəfə ümumrespublika ədəbiyyat müsabiqəsində iştirak etdim. Yadımdadır, mövzular "Səməd Vurğun poeziyasını nə üçün sevirəm?” və "Vətən hardan başlanır?” idi. Rayon üzrə birinci yeri tutmuşdum hər iki müsabiqədə. Respubilka üzrə isə ikinci yeri. Yazmaq həvəsi içimdə həmişə böyük olub. Kiçik yaşlarımda müəllimə olmaq istəyirdim. "Azərbaycan dili və ədəbiyyatı” müəlliməsi. Ancaq böyüyəndən sonra gördüm.ki mənim içimdəkiləri müəllimə olmaqla ifadə edə bilməyəcəm. Yazmağa başladım. Yazıçı-jurnalist olmaq fikrinə düşdüm. İndi mənim səkkiz romanım çapdan çıxıb. Hazırda çapa hazır olan romanlarım var. Türkiyədə üç əsərim tərcümə olunub. Düşünürəm ki, arzularıma çatmışam.

– Roman yazmaq üçün sizə nə motivasiya verir, nələrdən ilham alırsınız?

–  Həyatdan gələn hadisələr, dəyişən quruluşlar, vəziyyətlər. Vətənimin gözəllikləri, torpağıma olan sevgim, ailəmə, uşaqlarıma, dostlarıma olan münasibətlərim. Elə dostlarım var ki, 45 ildi onlarla dostluq edirəm. Mən dostluqları, yoldaşlıqları çox qiymətləndirirəm. Gözəl insanlar var bu həyatda. Gözəl yaşamlar var. Və bu gözəl yaşamlarla bərabər, çox çətin yaşamlar var. Çətin insanlar var. Psixologiyası pozulmuş insanlar var. Müharibələr olur, günahsız uşaqlarları, dinc insanları öldürürlər. Mən həmişə sülh tərəfdarı olmuşam. İstəyirəm, həmişə dünyada sülh olsun. Uşaqlar, günahsız insanlar ölməsinlər. Məsələn, Afrikadakı həyat, Şərqdəki həyat, müharibələr necə insana təsir edə bilməz? Nə qədər ki bu problemlər var, adam yazmaq istəyir. 

–  Elə olubmu ki, şəxsi travmalarınız sizə yazmağa vadar etsin?

–  Etiraz edə bilmərəm. Bu da olub. Hər şeyi də açıq danışmaq olmur. Amma hər bir yazarın yazdıqlaını böyük bir hissəsi özüdür, öz şəxsi təcrübəsi, travmalarıdır.

– Siz öz rayonunuzun ilk qadın jurnalisti olmusunuz. O zamanlar qadının belə bir peşə seçməsi, xüsusilə əyalətdə, sakit qarşılanmırdı. Sizin ailənizin seçiminizə münasibəti necə oldu?

– Doğrudur, mən rayonda birinci jurnalistika fakültəsinə (прим. Azərbaycan Dövlət Universiteti) qəbul olunan qız olmuşam. Bəzi qohumlarımız buna qarşı çıxdılar. Dedilər ki, müəllimə olsun, həkim olsun. Düzdür, yaxşı oxuyurdum, orta məktəbi qızıl medalla bitirmişdim. Hər zaman birinci sıralarda olmuşam, nümunə göstərilmişəm. Buna baxmayaraq, kənd adamları bu arzuma qarşı çıxdılar. Allah atama rəhmət eləsin. Çox ağıllı, humanist adam idi. Dünya görüşü geniş olan insan idi. O heç zaman mənim arzuma qaşı gəlmədi. Deyirdi ki, əgər qızımın buna istedadı varsa, əgər o bunu bacaracaqsa, qoy olsun. Arxamda duran böyük bir insan olduğunu hiss etdikdən sonra istəyimi yerinə yetirməyə daha da həvəsləndim. Artıq orta məktəbdə ardıcıl olaraq rayon qəzetində yazılarım çap olunurdu. Düzdür, respubilka qəzetlərində o qədər də olmasa da, "Pioner”və "Azərbaycan gəncləri” qəzetində dərc olunurdu yazılarım. Rayon qəzetində ayda iki-üç dəfə məqalələrim işıq üzü görürdü. Buna görə də rayonda məni tanıyırdılar. Bu uğurlarımı görüb ailəm də istəyimə qarşı çıxmadı. 

– Atanızdan sevgi ilə danışdınız. Amma ananız barədə heç nə demədiniz. Onunla münasibətləriniz necə idi?

– Anamla həmişə münasibətlərimiz əla olub. Hansı qız  anasından şikayət edər ki? Mən həmişə ona köməkçi olmuşam. Ailəmiz böyük olduğuna görə, bütün qızlar kimi anamın yanında olmuşam. Ev işlərində ona bacardığım qədər əl tutmuşam. O da həmişə mənim arzularımı dəstəkləyib. Kiçik yaşlarımda yazdığım şeirlərimi ona oxyardım. İlk oxucumdu o mənim. Anam şeirin texnikasını bilməsə də, ahənglərin oxşar olmasından hiss edirdi. "Gözəldi”, - deyirdi.  Atama şeirlərimi oxuya bilmirdim, ondan utanırdım. Atam yazıdıqlarmı həmişə ancaq mətbuatdan oxuyub.

– Ailə və cəmiyyət kimi məsələlərə əsərlərinizdə konservativ münasibət var. Sizə elə gəlmirmi ki, bir yaradıcı insan kimi, köhnəlmiş yollardan istifadə edirsiniz, yəni baxışlarınız köhnəlib?

– Yox, belə düşünmürəm. Mən yenilikləri də çox qəbul edənəm. Yeniliklərin ən yaxşılarını götürürəm. Amma mən həyatı anlamağa başladığım gündən içimdə olanların yaxşılarını götürürəm. Yenilikləri də sevirəm, yaxşıları ilə razılaşıram. 

– Əsərlərinizin demək olar ki, hamısında baş qəhraman qadınlardır. Ənənələrə sadiq, üzüyola qadın. Sizə elə gəlmirmi ki, belə qadın modeli təqdim etməklə siz patriarxallığı dəstəkləyirsiniz? Sistemə, ailəyə, cəmiyyətə qarşı gedə bilən mübariz qadın obrazı yaratmaq istəmirsiniz?

– Belə qəhramanlarım da var. Mənim çox müasir fikirli, mübariz qadın obrazlarım var. Romanlarımin hamısını oxuyan olsa bunu bilərdilər. Məsələn, "Solmayan Nərgiz”dəki Nərgiz. O çox güclü qadındır. Əsir düşsə də, özünü itirmir. Ayaq üstə dura bilir. Mübarizə aparır, oxuyur. Və mənim qəhramanlarımın hamısı oxumuz, savadlı qadınlardı. Deyə bilmərəm ki, hansısa bir fikirlərə xidmət edirlər. Doğrudur,"Qürbət Zöhrəsi”ndə var siz deyən üzüyolalıq. Amma bu tip qadınlar da gerçəkdir axı. Azərbaycan qadınları arasında olan həmin tipli qadınların obrazının göstərmək məqsədiylə yaratmışam.

– Müasir yazarlardan kimləri oxuyursunuz?
 
– Oxuyuram bəzilərini. Azərbaycanlı yazıçılarının arasında Əlirza Xələfli çox xoşuma gəlir. Onun yaradıcılığını izləyirəm. 

– Sizi ən çox nəyə görə tənqid edirlər?

– Bilmirəm, yaradıcılığı, yoxsa həyat, yaşamıma görə tənqidi nəzərdə tutursunuz? Yaradıcılığıma görə məni o qədər də tənqid edən görmədim. Oxuyanlar, adətən, tərifləyirlər. Yəqin ki, elə bir məşhur adam da deyiləm ki, qorxsunlar. Hələ ki oxucularım məni bəyənir. Demirəm, kütləvi oxucularım var. Amma var, yazırlar mənə. Yazdıqlarına görə çox bəyənirlər. Deyirlər ki, elə bil, sən bizim həyatımızı yazmısan. Hardan bilirsən bunları? Türkiyədən bir qadın yazdı ki, ("Qürbət zöhrəsi”ni oxuyandan sonra) mənim həyatımın 90 faizi romanınızıda əks olunub. Elə burda - Moskvada və Azərbaycanda yaşayan oxucularım da mənə zəng vurub, onların həyatlarının əks olunduğunu deyirlər. Müharibə haqqında romanlarımı da çox bəyənirlər. Hələlik tənqid eləmirlər. Bəlkə də var, eşitməmişəm. 

–  Kitab yazarkən, əsasən prinsipləriniz nədir? 

–  Məqsədim öz gördüklərimi, hiss etdiklərimi yazmaqdı. Məni narahat edən hadisələrdən yazmağı sevirəm. Pirinsipim belədi. Mənə təsir edənlərin qüvvəsini qəbul etmirəm.

–  Əsərlərinizdə heç vaxt insan seksuallığına toxunmursunuz. Niyə?

–  Ona görə ki həmişə gizlidə olan meyvə dadlı olur. Onu öyrənmək üçün, kəşf etmək üçün insanlar can atırlar. Sonra da zəhmətlərinin qədrini bilirlər. İnsan inkubator toyuğu deyil ki, eyni intim sistemdən istifadə etsin. Hər ailənin özünəməxsus tərzi, yaxınlıqları olmalıdır. Elə buna görədi ki, ailə münasibətləri ucuzdaşıb. Boşanmalar, bir-birinə xəyanətlər günü-gündən çoxalır.  

–  Azərbaycanda uşaqların seksual tərbiyəsi siyasəti yoxdur. Bu mövzu tabulaşdırılıb. İnsanlar yataqda bir-birinə uyğun gəlmir deyə boşanmalar baş alıb gedir. Əgər siz deyirsinizsə, seksual məsələlər ancaq şəxsidir (ki, sizin ölkənizdə də çoxu belə düşünür) o zaman insanlar seksual tərbiyəni hardan almalıdılar? 

–  İndiki uşaqlara lazım deyil belə tərbiyə. Valideyinlərin özlərini tərbiyə etmək lazımdır. Uşaqlar onsuz da bunları lazımi saytlardan yaxşı öyrənirlər. Onu demək istəyirəm ki, bu da uşaqlara yaxşı heç nə vermir. Qətiyyən belə bədii əsərlər lazım deyil. Sizcə, belə bir əsərlərə geniş yer verən ölkələrdə ailələrin qiyməti var? Yoxsa onlarda boşanma halları azdır? Tam əksinə. Belə tərbiyələrin verildiyi ölkələrdə ailə həyatı bərbad haldadır. Bütün bəlalar yer üzünə eyni dövrdə gəlir. Məncə, elə tərbiyənin ən yaxşısı Azərbaycanda verilir. Bir sözlə, bəzi çatışmamazlıqlara baxmayaraq, müsəlman ölkələrində. Elə ona görədir ki, ailə dəyərləri belə ölkələrdə az da olsa, qorunub saxlanılır.

– Son sualım, əgər həyatda nəyisə dəyişmək imkanınız olsaydı, nəyi dəyişərdiniz? Keçmişdə, ya da indi...

– Bu həyatda yeganə dəyişmək istədiyim müharibələrdir...

– Yox, söhbət məhz sizin həyatınızdan gedir. 

– Qalan heç nəyi dəyişmək istəməzdim. Ona görə ki həyatımda ən önəmli yeri tutan övladlarımdır. Mən onlara görə heç nəyi dəyişmək istəməzdim. Onların həyatını seçirəm, öz həyatımı seçmirəm. Və onların, varlıqlarına görə heç nəyi dəyişmək istəməzdim.

– Müsahibəyə görə təşəkkür edirəm. 

Söhbətləşdi: Aylin Wise

Müsahibə Salaam Cinema-nın təşkilatçılığı və yazar Günel Mövludun mentorluğu ilə keçirilən "Yazı sənəti laboratoriyası” layihəsi çərçivəsində hazırlanıb.

canlı bahis bahis site analiz Gameloopmozrankbypass shellr57 shellbacklink satışwso shellkadın newsc99 shellkadına özelwebroot shellc99 shellworld newsseo analysismakale programıinstagram takipçi hilesitatto girlsçekiliÅŸ sitesigoogle newshtml code encryptionhacklink seomeme küçültmebacklink alwso shellserver scanwso shelloyun indirsite hız testisunucu taramawso shellsite speed testseo newshtml kod sifrelemeseo analysishacklink panelpubg hile alWordpress Free Themeswordpress free temabacklink saleshtml kod sifrelemesunucu taramaseo sorgulaseo sorgulamahacklink satışbacklink satışseo analizTanıtım Yazsıseo araclarıseo analizbacklinkwordpress themesseohacklinkbacklink alwordpress ücretsiz temaWho is