Asif Yusiflinin cəza müddəti 1 il azaldıldı

Asif Yusiflinin cəza müddəti 1 il azaldıldı

02-03-2017 16:47 / Bu xəbər 1351 dəfə oxundu

Martın 2-də Ali Məhkəmə AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin cəzasını 6 ildən 5 ilə endirib.

Yusifli 2014-cü il noyabrın 25-də fırıldaqçılıq və sənədləri saxtalaşdırmaq ittihamı ilə həbs olunub. 

2015-ci il iyulun 30-da 7,5 il müddətinə azadlıqdan məhrum edilib. 

2016-cı il mayın 4-də Ali Məhkəmə cəza müddətini 6 ilə endirib.

2016-cı ilin yayında CM-ə düzəlişlər qüvvəyə minib. Həmin düzəlişlərə əsasən, Yusiflinin ittiham olunduğu əməllər az ağır cinayətlərə aid edilib. Müdafiə tərəfin müraciəti əsasında Nizami rayon məhkəməsi ittihamı 178.3-cü ("dələduzluq, küllü  miqdarda  ziyan vurmaqla törədildikdə") maddədən 178.2-ci ("dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə") maddəyə keçirib və onun saxlanma rejimini dəyişdirib, amma azad etməyib.

Vəkil Yusiflinin həbs cəzasının qalan hissəsindən azad edilməsi üçün Apellyasiya Məhkəməsinə müraciət edib. Amma şikayət təmin olunmayıb. Bu gün Ali Məhkəmə cəza müddətini cəmi bir il azaldıb. 

Xatırladaq ki, Asif Yusifli siyasi məhbus kimi tanınıb.
 
Turan